XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2019 - 19:57

Azərbaycan, Gürcüstan və Türkiyənin XİN başçıları görüşəcək –Açıqlama

Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər nazirlərinin üçtərəfli görüşü ilə bağlı hazırlıq işləri gedir.

Bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ölkə səfirlərinin Tbilisidə keçirilən konfransında bəyan edib.

Bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər nazirlərinin sayca 8-ci görüşü bu il oktyabrın 16-da Tbilisidə keçirilməli idi: “Lakin Türkiyə tərəfinin müraciəti əsasında görüş təxirə salınıb. Görüşün keçiriləcəyi yeni tarix hələlik məlum deyil”.

Xatırladaq ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının 7-ci üçtərəfli görüşü ötən il oktyabrın 29-da İstanbul şəhərində keçirilib. Üçtərəfli formatda ilk görüş isə 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.