XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2019 - 20:27

Prezident İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib –Müzakirə

Prezident İlham Əliyev dekabrın 17-də Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tanzila Narbayevanı qəbul edib.

Strateq.az xəbər verir ki, Ali Məclis Senatının sədri Tanzila Narbayeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırıb.

Qeyd edib ki, Şavkat Mirziyoyev Azərbaycana səfəri zamanı burada gördüyü inkişaf proseslərindən Özbəkistana dərin təəssüratlarla qayıdıb.

Özbəkistan Ali Məclisi Senatının sədri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Özbəkistana səfərini səbirsizliklə gözlədiklərini qeyd etdi. Tanzila Narbayeva Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti ilə yaxından tanış olduqlarını deyərək onun Azərbaycanda gedən inkişaf proseslərinə böyük töhfə verdiyini vurğuladı.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə bu il Azərbaycanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün əhəmiyyəti vurğulandı, bu tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də iştirak etdiyi və Özbəkistanın Türk Şurasına tamhüquqlu üzv olması məmnunluqla qeyd edildi. Söhbət zamanı TÜRKPA-nın Bakıda IX plenar iclasının uğurla keçəcəyinə, burada mühüm məsələlərin müzakirə ediləcəyinə və yaxşı nəticələrin əldə olunacağına əminlik bildirildi. Vurğulandı ki, bu tədbir ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini bir daha təsdiq edəcək.