XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 December 2019 - 12:05

Tərtərdə 17 yaşlı qız itkin düşüb –FOTO

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, 2002-ci il təvəllüdlü Fatma Məmmədova noyabrın 30-da yaşadığı Tərtər rayonunda yerləşən evdən çıxaraq bir daha geri qayıtmayıb. Nazirlik itkin düşən şəxsin fotosunu da təqdim edib.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tərtər Rayon Polis Şöbəsinə 022-236-30-34 və (055) 211-66-36 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.