XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 December 2019 - 14:45

“Repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur” –DİM sədri

“Bu gün Azərbaycanda repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, elə valideynlər var ki, onlar övladlarının əlavə dil biliklərinə yiyələnməsini istəyir: “Bu səbəbdən də repetitorlara müraciət edilər. Misal olaraq, şagird məktəbdə yalnız ingilis dilindən təhsil alır. Lakin o, əlavə fransız dilini də öyrənmək istəyir və repetitorlara müraciət edir. Belə hallar olduqca repetitorlar da olacaq”.

DİM sədri qeyd edib ki, repetitorların məktəbi əvəz etməsi düzgün deyil: “Əgər belə proseslər gedirsə, onun qarşısını almaq və dərslərin keyfiyyətini qaldırmaq lazımdır. Hər hansı qanunla repetitorların fəaliyyətinin qarşısını almaq da mümkün deyil”. /Report