XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

18 Dekabr 2019 - 15:25

DİM:"Repetitorluğun qarşısını qanunla almaq mümkün deyil"

“Repetitorluğun qarşısını qanunla almaq mümkün deyil”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bəzi valideynlər övladlarının əlavə dil biliklərinə yiyələnməsi üçün repetitorlara müraciət edirlər.

“Tutaq ki, şagird məktəbdə yalnız ingilis dilindən təhsil alır. Lakin o, əlavə dil kimi fransız dilini də öyrənmək istəyir. Bu halda valideynlər repetitorlara müraciət edirlər. Belə hallar olduqca repetitorlar da olacaq. İnkişaf etmiş ölkələrdə də müxtəlif repetitorlar olur. Kimsə musiqi, rəsmlə məşğul olmaq istəyir. Ona görə də repetitorlara müraciət edir. Əgər belə proseslər gedirsə, onun qarşısını almaq və dərslərin keyfiyyətini qaldırmaq lazımdır. Ancaq hər hansı qanunla bunun qarşısını almaq mümkün deyil”, – deyə M. Abbaszadə qeyd edib.