XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

18 Dekabr 2019 - 17:35

Azərbaycan hökuməti və BMT-nin yeni proqramı başlayıb –Məqsəd

Dekabrın 16-də Binəqədi Gənclər Evində  «Azərbaycan hökuməti və BMT-nin birgə  Gənclər  Evi təşəbbüsü» nün  Avropa İttifaqın maliyyə dəstəyi ilə həyata keçirilən yeni istiqamətlərinin təqdimatı keçirilib. 
Təşəbbüsün əsas məqsədi Gənclər Evlərini gənclərə dost xidmətlər təklif edəcək məkana çevirməkdir və BMT-nin Uşaq Fondunun  (UNICEF)  texniki dəstəyi ilə 2018-ci ildən həyata keçirilir.
Xidmətlər beş istiqaməti əhatə edir: sağlamlıq, təhsil, müdafiə, iş hazırlığı və iştirakçılıq.  Bu günə qədər hökumətlə birgə hazırlanmış xidmətlər paketinə əsas həyat bacarıqları, psixoloji-sosial və hüquqi məsləhət və sağlam həyat tərzi daxildir.
Avropa İttifaqı ilə yeni tərəfdaşlıq yeni istiqamətlərin əhatə olunmasına dəstək verib.  Qeyri hökumət təşkilatları tərəfindən 6 rayonda (Bakının Binəqədi və Xəzər rayonları, Mingəçevir, Qazax, Şəmkir və Biləsuvar rayonları) yerləşən Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin əməkdaşları vasitəsi ilə təqdim olunacaq yeni xidmətlərin məqsədi gənclər tərəfindən sosial layihələrin hazırlanması və idarə olunması, onların iş hazırlığının yüksəldilməsidir. Həmçinin, Gənclər Evləri və İnkişaf və Karyera Mərkəzlərinin PR/Marketinq fəaliyyətlərinin gücləndirilməsidir.
Giriş sözü ilə çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva Azərbaycan Respublikasının gənclər siyasəti və Gənclər Evlərinin bu siyasətin həyata keçirilməsində tutduğu  rol haqda ətraflı məlumat verib. UNICEF-in Azərbaycan Nümayəndəliyi rəhbərinin müavini   Min Yuan “Azərbaycan hökuməti və BMT-nin birgə Gənclər Evi Təşəbbüsü”nün  QHT-lərin gənclərin mobilizasiyasında  əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirib. Təqdimat zamanı layhə tərəfdaşları olan QHT rəhbərləri və benefisiarlar – Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin rəhbərləri  yeni xidmətlərin faydaları,  eləcə də QHT-lərlə olan əməkdaşlığın bu sahəyə verəcəyi töhfələrə dair panel müzakirəsi aparıblar. /İstiqlal.az