XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 December 2019 - 17:41

Bakı-Qazax yolunda mikroavtobus aşıb- 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bakı-Qazax yolunda mikroavtobusun aşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

APA-nın məlumatına görə, araşdırmalar nəticəsində qəzada ölən şəxslərin – 1966-cı il təvəllüdlü Vəliyev Fikrət İsmayıl oğlu və 1957-ci il təvəllüdlü Nəcəfov Vahid Vadər oğlu olması müəyyən edilib.

****

Səhiyyə Nazirliyi Ələtdə baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Ələt yolunda baş verən qəza barədə məlumat Təcili Tibbi Yardıma saat 10:15-də daxil olub. Hadisə nəticəsində bir nəfər yerində, 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Bundan başqa, 5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. Yaralılardan birinin vəziyyəti ağırdır. Həmin şəxs reanimasiyaya yerləşdirilib.

Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

****

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub.