XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

18 Dekabr 2019 - 18:54

Təhsil naziri:"65 yaşına çatmış  elə direktorlar olur ki..."

“Biz direktorların işinə xitam verərkən onların gördükləri işləri də nəzərə alırıq. 65 yaşına çatmış  elə direktorlar olur ki,  nazirlik olaraq biz onlardan işlərini davam etdirmələrini xahiş edirik”.

Bu sözləri Təhsil naziri Ceyhun Bayramov Sosial Tədqiqatlar Mərkəzinin “Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər” mövzusunda keçirilən hesabat tədbirində deyib. O, direktorların əmək müqavilələrinə xitam verilməsi ilə bağlı nazirliyin yanaşmasını qeyd edib.

“ Hazırda yaş həddinə çatan müəllimlərin, xüsusilə, 65 yaşlı direktorların müqaviləsinə xitam verilməsi ilə bağlı fikirlər səsləndirilir.  Təhsil Nazirliyinin bu istiqamətdə yanaşmasını  da qeyd etmək istəyirəm. Yaş həddinə çatmış hər bir direktora eyni yanaşılmır, onların fəaliyyətləri, məktəbin  qazandığı nailiyyətlər  də nəzərə alınır.  Hər bir xitam qərarının verilməsininin əsasında analizlər, təhlillər dayanır. Onu da qeyd edim ki, 2019-cu ildə müxtəlif səbəblərdən 18 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib”.

Qeyd edək ki, konfransda STM İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, təhsil naziri Ceyhun Bayramov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və başqaları iştirak ediblər. (APA)