XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

18 Dekabr 2019 - 20:23

Azərbaycan mobil operatorları il ərzində nə qədər gəlir əldə edib?- Rəqəmlər

2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 964,2 milyon manatlıq xidmət göstərib.

Trend-in məlumatına görə, göstərilən xidmətin 72,8 faizi əhali tərəfindən istehlak olunub.

2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 815,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.