XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

19 Dekabr 2019 - 00:09

Bu gün elektrik enerjisi təchizatında fasilələr yaranacaq- Abşeron rayonunda

Dekabrın 19-da Abşeron rayonunun bəzi ərazilərinin elektrik enerjisi təchizatında fasilələr yaranacaq.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, sabah saat 11:30-dan 14:00-dək Abşeron rayonu, Saray qəsəbəsinin bəzi əraziləri (Badam bağları), Novxanı ərazisinin bir hissəsində elektrik enerjisi təchizatında qısamüddətli fasilə yaranacaq.

Fasilələrə səbəb Sumqayıt 110/35/10 kilovoltluq yarımstansiyasından çıxan və Saray qəsəbəsinin bəzi ərazilərini qidalandıran ikidövrəli 10 kilovoltluq “Saray 3” və “Saray 8” xətlərində aparılan yenidənqurma işləridir.

“Azərişıq” ASC yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir(azərtac).