XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 December 2019 - 14:33

“Qəbələ” İdman Klubu bağlanmayacaq –Yeni sponsor tapıldı

“Qəbələ” İdman Klubunun taleyinə aydınlıq gəlib.

Bu gün təşkil olunan mətbuat konfransında klubun yeni sponsorunun adı açıqlanıb.

“Qəbələ”nin yeni tərəfdaşı “Jalə” Şirələri olacaq.

Qeyd edək ki, 1995-ci ildə  yaranan “Qəbələ” İdman Klubunun ilk adı “Göy Göl” olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayın 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub. 2005/06 mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ildə yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” İK adı ilə dəyişdirilib. İki dəfə Avropa Liqasının qrupunda çıxış etmiş “Qəbələ” Azərbaycan kubokunun son qalibidir/APA.