XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 13:25

Rauf Mirqədirovun apelyasiya şikayəti təmin edilmədi

Bu gün Bakı Apelyasiya Məhkəməsi jurnalist Rauf Mirqədirovun həbs müddətinin 4 ay uzadılmasından verdiyi şikayəti təmin etməyib. Bu barədə “Turan”-a vəkil Fuad Ağayev bildirib.

Vəkil məhkəmənin qərarını qanunsuz adlandırıb. Mirqədirov özü məhkəmədə çıxış edərkən təqsirsiz olduğunu bildirib və bəraət tələb edib.

F.Ağayev Mirqədirovun səhhətində problemlər olduğunu qeyd edib.

Xatırladaq ki, Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən deportasiya edildikdən dərhal sonra Bakıda saxlanılıb. Ona qarşı Ermənistanın xeyrinə casusluq şəklində dövlətə xəyanət ittihamı irəli sürülüb.