XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2019 - 09:38

“Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb” –DİN

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 9 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.