“Özəl ekspertiza mərkəzlərinin yaradılması zərurəti ekspertiza müddətləri ilə bağlı narazılıqların aradan qaldırılması ilə bağlıdır”.
Bunu Ədliyyə Nazirliyi Məhkəmə-ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib.
Onun sözlərinə görə, hazırda qanunvericilikdə ekspertizanın icra müddəti konkret göstərilib: “Ekspert daxil olandan 3 gün ərzində ekspertiza ilə bağlı vəsatətin təmin edilib-edilməməsi ilə bağlı cavab verməlidir”.
F.Cavadov bildirib ki, ekspertiza sahəsində olan dəyişikliklər, xüsusilə özəl ekspertizanın yaranması inqilabi addımdır. (report)