XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

20 Dekabr 2019 - 13:48

Sabah hava necə olacaq? –Proqnoz

Bakıda və Abşeron yarımadasında dekabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 21-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə 1-5, gündüz 6-11 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 21-22-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.