“Ağ sənəd” üzrə hazırlıqlar gedir. Bu ilin sonu – gələn ilin əvvəlində mövqe sənədimizi təqdim edəcəyik.
Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) icraçı direktoru Natəvan Məmmədova Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, burada əsasən iki məsələ – qısa bəyannamələr və gömrük dəyərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər yer alıb.
Məmmədovanın sözlərinə görə, Palatanın əsas məqsədi aparılan islahatlarda özəl sektorun gözləntilərini hökumətə çatdırmaqdır: “Bizim təkliflərin də qəbul edilərək reallaşmasını görmək sevindirici haldır. Palata ölkədə aparılan islahatları dəstəkləyir və hər zaman təkliflərini təqdim edir. Qeyd edim ki, indiyədək bu təkliflərin 80-90%-i qəbul edilib”.
Qeyd edək ki, “Ağ sənəd” Azərbaycanın işgüzar mühitinin, geniş mənada isə bütövlükdə ölkənin daha da gücləndirilməsini təmin edəcək dəyişikliklər haqqında “AmCham”ın üzv heyətinin kollektiv düşüncəsini əks etdirir. (apa)