“Bu il Gürcüstanda emal olunan yük konteynerlerinin sayı rekord həddə çatıb”.
Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava parlamentdə “nazir saatı” formatında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, yanvar-noyabr aylarında Batumi və Poti limanlarında emal edilən konteynerlərin sayı illik müqayisədə 43% artıb.
N.Turnava hesabat dövründə dəmir yolları vasitəsilə daşınan yük konteynerlərinin sayında 35% artımın olduğunu qeyd edib.
O deyib ki, bu artım Gürcüstanın liman və nəqliyyat infrastrukturu üçün yeni çağırışlara səbəb olur: “Biz bu çağırışlara irimiqyaslı infrastruktur layihələr, həmçinin dəmir yollarının modernləşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb sürət avtomagistralı layihələri ilə cavab veririk”.
Nazir həmçinin bildirib ki, Anaklia dərin dəniz limanı layihəsi aktuallığını itirməyıb: “Gürcüstan hökuməti bu layihənin yaxın illərdə həyata keçirilməsi üçün əlindən gələni edəcək”. (report)