XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 December 2019 - 12:47

Sabah hava necə olacaq?- PROQNOZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 22-də müşahidə olunacaq hava proqnozunu açıqlayıb.

Departamentdən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bəzi yerlərdə duman, çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu  gecə 4-7° isti, gündüz  9-11° isti, Bakıda gecə 4-6°, gündüz  9-11° isti olacaq. Atmosfer  təzyiqi norma daxilində  764 mm  civə sütunu təşkil edəcək. 

Nisbi rütubət 70-80 % olacaq.   

Azərbaycanın rayonlarında əsasən yağmursuz, bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz  9-14°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.