Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə səfər edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, hərbi hava qüvvələrinə məxsus Mi-171E helikopteri ilə Xocalı aeroportuna enib.
Aeroprotda Armen Sarkisyanı separatçı rejimin rəhbərliyi qarşılayıb. Armen Sarkisyan separatçıların lideri Bako Saakyanla görüş keçirib.