XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 December 2019 - 22:24

İspaniya La Liqası:“Barselona” “Deportivo Alaves”ə qalib gəldi

Dekabrın 21-də futbol üzrə İspaniya La Liqasının 18-ci turunun növbəti oyunu keçirilib.

Son çempion “Barselona” “Nou Kamp” stadionunda “Deportivo Alaves” ilə qarşılaşıb. Görüş Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Barselona”nın heyətində Antuan Qrizman (14), Arturo Vidal (45), Lionel Messi (69) və Luis Suares (79) fərqləniblər. Qonaqların heyətində isə yeganə qolu 56-cı dəqiqədə Riera Pere Pons vurub.

Bu qələbədən sonra “Barselona” 39 xal toplayaraq ən yaxın izləyicisi “Real Madrid” klubunu üç xal qabaqlayır. “Deportivo Alaves” isə 19 xalla 15-ci yerdə qərarlaşıb.

“Real Madrid” dekabrın 22-də öz meydanında “Atletik Bilbao” komandası ilə qarşılaşacaq(azərtac).