XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 December 2019 - 23:18

Bakıda məcburi eniş edən təyyarənin sərnişinləri Moskvaya göndərilib- Başqa reyslə

Rusiyanın “Azur Air” aviaşirkətinin Bakıda məcburi eniş edən təyyarəsinin sərnişinləri başqa reyslə Moskvaya göndərilib.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Qeyd olunub ki, yerli vaxtla saat 21:04-də təyyarə Bakıdan Moskvaya yol düşüb.

Xatırladaq ki, Rusiyanın “Azur Air” aviaşirkətinin Qoa-Moskva marşrutu ilə hərəkət edən təyyarəsi texniki səbəblərlə əlaqədar Bakı aeroportunda eniş izni istəyib. Təyyarə yerli vaxtla saat 11:05-də uğurla eniş edib.