XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

22 Dekabr 2019 - 10:00

“Hərbi addımlar barədə qərarlar qəbul ediləcək” –Kim Çen İn

Koreya Xalq Demokratik Respublikasının lideri (KXDR) Kim Çen In Koreyanın Əmək partiyasının mərkəzi hərbi komitəsinin iclasında iştirak edib.

Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib.

Qeyd edilir ki, KXDR lideri hərbçilərə “mürəkkəb daxili və xarici vəziyyət” haqqında danışıb.

“Ali lider Kim Çen In iclasın gedişatında mürəkkəb daxili və xarici vəziyyəti təhlil edib və bildirib ki, iclas çərçivəsində ölkənin silahlı qüvvələrinin gücləndirilməsi üzrə əhəmiyyətli təşkilati, siyasi tədbirlər və hərbi addımlar barədə qərarlar qəbul ediləcək”, – deyə agentlik bildirib.

Qeyd edək ki, son vaxtlar ABŞ, Yaponiya və Cənubi Koreya KXDR-ə Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə danışıqlar masası ətrafına əyləşməyə çağırıb. /Report