İqtidar və müxalifət partiyaları arasında növbəti görüşə Müsavat Partiyası dəvət olunub.
Strateq.az saytı İstiqlal.az-a istinadən bildirir ki, bu barədə Müsavat başqanının müavini Elman Fəttah bildirib. E.Fəttahın sözlərinə görə, görüşün formatı və mövzusu məlum olduqdan sonra müvafiq qərar qəbul ediləcək.
Xatırladaq ki, bundan əvvəl E.Fəttah Müsavatın dəvət edilmədiyi barədə istiqlal.az-a açıqlama vermişdi.
Qeyd edək ki, iqtidar-müxalifət partiyalarının növbəti görüşü Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi ilə mayın 15-də saat 10:00-da baş tutacaq.
Strateq.az