XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

22 Dekabr 2019 - 15:43

Azərbaycanda neçə seçicidə yeni nəsil şəxsiyyət vəsiqəsi var?- Rəqəmlər

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi daşıyan 1 milyondan çox seçici var.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, Azərbaycanda 1,5 milyondan çox vətəndaşa yeni nəsil şəxsiyyət vəsiqəsi verilib: “Biz bütün məntəqələri yeni şəxsiyyət vəsiqələrini tanımaq üçün çip oxuyan qurğularla təmin etmişik”.

Qeyd edək ki, sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.

Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.