XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2019 - 23:10

Çavuşoğlu Tbilisiyə səfərə gəlib –Üçtərəfli görüşdə iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Gürcüstan-Türkiyə formatlı xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Tbilisiyə səfərə gəlib.  

Bu barədə nazir öz “Twitter” səhifəsində yazıb.

M.Çavuşoğlu bildirib: “Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin səkkizinci üçtərəfli görüşündə iştirak etmək üçün Tbilisidəyik”. 

Qeyd edək ki, sabah Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirləri arasında üçtərəfli formatda sayca səkkizinci görüş keçiriləcək.

Görüşdə müxtəlif sahələrlə bağlı cari məsələlər müzakirə ediləcək. Əsas diqqətin isə üç ölkə arasında nəqliyyat və energetika sahələrində əməkdaşlıq əlaqələrinə ayrılacağı qeyd olunub. Üçtərəfli görüş çərçivəsində Xarici İşlər nazirlərinin ortaq bəyanatı imzalanacaq. /APA