XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2019 - 11:07

Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb –Xəstəxanaya 2 kişi çatdırılıb

Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb.

“Dekabrın 22-si saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir”,- nazirlikdən bildirilib.