XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2019 - 13:12

Türkiyə diplomatının avtomobili yandırıldı –Yunanıstanda

Yunanıstanın Saloniki şəhərindəki Türkiyə konsulluğunun diplomatlarından birinin avtomobili yandırılıb.

Yanğın dekabrın 23-də səhər saatlarında olub.

Bildirilib ki, avtomobil arxa təkərlərinə şam yerləşdirilərək yandırılıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov başqa avtomobillərə keçməyib.

Yerli polis hadisə ilə bağlı araşdırma aparır.

Yanğının törədənin kimliyi məlum deyil.  /Report