XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

23 Dekabr 2019 - 15:56

“Qarabağ” UEFA reytinqində “100-lüy”ə düşüb

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

Qurumun rəsmi saytı xəbər verir ki, 1955-2019-ci illərdə Çempionlar Liqasında əldə olunan nəticələrə əsasən hazırlanan siyahıya İspaniyanın “Real Madrid” komandası başçılıq edir. 50 dəfə beynəlxalq arenada qüvvəsini sınayan, 13 titulu olan paytaxt təmsilçisi indiyə qədər keçirdiyi 437 oyundan 262-də qalib gəldiyi halda, 76 dəfə heç-heçə edib və 99 oyundan məğlub ayrılıb.

Qələbənin 2, bərabərliyin isə 1 xalla qiymətləndirildiyi reytinqdə liderin 600 xalı var.

Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” “100-lüy”ə düşüb. Ağdam komandası 41 xalla 84-cü sıradadır. “Neftçi” 15 xalla 168-ci yerdədir. “Bakı” 6 xalla 268-ci, “Keşlə” 5 xalla 293-cü, “Şəmkir” və “Kəpəz” 2 xalla 396-397-ci, “Xəzər Lənkəran” isə 1 xalla 424-cü pillədədir.

Qeyd edək ki, “Qarabağ” cari avrokubok mövsümünə ÇL-də başlasa da, III təsnifat mərhələsində mübarizəni dayandırıb və daha sonra Avropa Liqasında qrupa düşüb. (Report)