XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2019 - 18:26

Prezident Kuboku:“Buta Golden” və “Omar” finala vəsiqə qazanıblar

Binə Atçılıq Mərkəzininin qapalı manejində çövkən milli oyunu üzrə Prezident Kubokunun finalçıları müəyyənləşib.

Yarımfinalda “Buta Golden” “Sərhədçi”ni 4:1 hesabı ilə üstələyib. “Omar” isə “Polad”dan güclü olub – 2:1.

Dekabrın 24-də eyni məkanda 3-cü yer uğrunda görüş və final qarşılaşması keçiriləcək. Yarımfinalda uduzanlar bürünc medal, qaliblər final görüşünə çıxacaqlar. Oyunlar müvafiq olaraq saat 11:45-də və 12:40-da start götürəcək.

Qeyd edək ki, yarışın Şəkinin Daşüz kəndindəki Respublika Milli Atüstü Oyunları Mərkəzində keçirilən qrup mərhələsində 12 komanda mübarizə aparıb. (Report)