XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2019 - 22:59

Daha bir magistral su xəttində qəza baş verib –"Azərsu"

Daha bir magistral su xəttində qəza baş verib.

“Azərsu” ASC-dən verilən məlumata görə, Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.

“Azərsu” ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür.