XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

24 Dekabr 2019 - 00:07

“Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir” –Zurab Pataradze

Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisidə jurnalistlərə müsahibəsində Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze söyləyib.

Onun sözlərinə görə, cari ilin 10 ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 850 milyon dollar təşkil edib.

“Biz hesab edirik ki, yaxın illərdə bu göstərici daha da artacaq. Bunun üçün geniş imkanlar var”, – deyə Z.Pataradze vurğulayıb.

Diplomat deyib ki, Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlərinin Tbilisidə keçirilən görüşündə ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın perspektivləri, eləcə də turizm, nəqliyyat sahəsində daşınmalar və digər vacib məsələlər müzakirə olunub, müəyyən razılaşmalar əldə edilib.