XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2019 - 10:14

Gəncədə yeni doğulmuş körpə tapılıb –Zibillikdən

Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.

Məlumata görə, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.

Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan “Report”un Qərb Mərkəzinə verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələ ki xəstəxanada saxlanılır.

Faktla bağlı araşdırmalara başlanılıb.