XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2015 - 15:41

ABŞ İranın “dondurulmuş” 7 milyard dollarını qaytardı –XƏBƏR

Tumen.jpg

İran Mərkəzi Bankı bildirib ki, Cenevrə sazişinə əsasən Tehrana qaytarılmalı olan vəsaitlərin hamısı geri alınıb. Bu barədə ISNA agnetliyi məlumat yayıb.

Sazişə əsasən ilk mərhələ 7 milyard dollar qaytarılmalı idi. üçüncü mərhələdə isə Tehran 4.9 milyard dolları geri almalıydı.

2013-cü il noybar ayında nüvə problemi ilə bağlı Tehranla “altılıq” ölkələri arasında əldə olunmuş razılaşmaya əsasən İranın Qərb ölkələrinin banklarında “dondurulmuş” vəsitləri geri qaytarılmalı idi. Əvəzində isə Tehran nüvə proqramının nəhdudlaşdırılmasına razılıq vermişdi.

Hazırda İran Qərb ölkələri ilə sanksiyaların tam ardan götürülməsi ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, 2006-cı ildən bəri nüvə proqramını dayandırmaqdan imtina edən İrana qarşı BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə sanksiya tətbiq olunub.

Xatırladaq ki, bu il aprelin 2-də Lozanna şəhərində Tehranla “altılıq ölkələri” (ABŞ, İngiltətə, Fransa, çin, Almaniya) arasında İranın nüvə problemi ilə bağlı çərçivə sazişi imzalanıb. Sazşin şərtlərindən biri də İranın Qərb banklarında dondurulmuş vəsaitlərinin geri qaytarılması məsələsinin öz həllini tapması idi.

Strateq.az