XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2019 - 19:27

SOCAR prezidenti Gürcüstanın Baş naziri ilə görüşüb –FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tbilisidə Gürcüstanın Baş naziri Giorgi Qaxariya ilə görüşüb.

SOCAR xəbər verir ki, görüşdə Gürcüstan iqtisadiyyatında əhəmiyyətli rol oynayan Azərbaycan Dövlət Neft Şirkətinin bu ölkədə həyata keçirdiyi irimiqyaslı layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd olunub ki, Gürcüstan hökuməti Tercola şəhəri yaxınlığında “SOCAR Georgia Petroleum”un yeni çoxfunksiyalı kompleksinin açılışını alqışlayır.

Hökumət administrasiyasının binasında keçirilən görüşdə gələcək əməkdaşlıq məsələləri də müzakirə edilib/Report.