XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2019 - 21:29

“Ölkələrimiz arasında uğurlu əməkdaşlıq regionda sabitlik və əmin-amanlığın əsasıdır” –Qaxariya Əliyevə təbrik məktub göndərib

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Ttəbrikdə deyilir:

“Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə təbrik edir və Sizə cansağlığı, uğurlar diləyir və ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, məmnuniyyətlə qeyd etmək istərdim ki, Gürcüstan-Azərbaycan arasında strateji münasibətlər uğurla inkişaf edir və bu nümunəvi tərəfdaşlığın möhkəm təməlində gürcü və Azərbaycan xalqlarının çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı etimada söykənən əlaqələri dayanır.

Ölkələrimiz arasında uğurlu əməkdaşlıq regionda sabitlik və əmin-amanlığın əsasıdır. Bu əməkdaşlığın parlaq təzahürü ölkələrimiz tərəfindən on illərdir uğurla icra edilən genişmiqyaslı birgə layihələr və təşəbbüslərdir. Əminəm ki, xüsusi münasibətlərimizi birgə səylərimizlə gələcəkdə daha da inkişaf etdirib möhkəmləndirəcəyik.

Bir daha Sizi səmimi qəlbdən təbrik edir, şəxsi həyatınızda və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.