XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2019 - 11:49

Qış-Bayram yarmarkasına 500 fermer və qida istehsalçısı cəlb edilib- Açıqlama

Kənd Təsərrüfatı Nazirliyi və “Aqrar Tədarük və Təchizat” ASC-nin Bakıda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar-Yeni il münasibəti ilə təşkil etdiyi Qış-Bayram yarmarkasına 500 fermer və qida istehsalçısı cəlb edilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, hazırda Bakının 5 rayonunda bayram yarmarkası təşkil edilib: “Nərimanov, Yasamal, Binəqədi, Suraxanı və Abşeron rayonlarında təşkil edilən yarmarkalar dekabrın 30-dək davam edəcək. Yarmarkalara dekabrın 21-dən start verilib. Yarmarkalara cəlb edilən fermer və qida istehsalçılarının məhsulları yarmarkalara pulsuz çatdırlır və burada satışına şərait yaradılır. Qiymətləri fermerlər müəyyən edirlər. Lakin biz məhsullların qiymətinin bazar qiymətlərindən aşağı olmasını tövsiyyə edirik”.

L. Məmmədova bildirib ki, yarmarkada iştirak etmək istəyən fermerlər bundan sonra da müraciət edə bilərlər.