Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən bildirilib ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:
– Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
– İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
– Ağac tezalışan oyuncaqla bəzədilməməli;
– Qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
Bayram şənliyində bunlar nəzərə alınmalıdır:
– Şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
– Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
– Pəncərədə dəmir barmaqlıq olmamalı;
– Məkanın iki çıxışı olmalı;
– Ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
– Otağın qapıları mütləq bayıra açılmalı;
– Məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
– Şənlikdə işıq tam söndürülməməli;
– Şənliyə tezalışan materialdan paltar geyinilməməli;
– Məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Nazirlik təhlükə zamanı 112-yə zəng etməyi xahiş edib.