XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

25 Dekabr 2019 - 13:55

Bu il yayımçılar daha çox reklam və sponsorluqla bağlı tələbləri pozublar- MTRŞ

“Aparılan monitorinqlər ümumilikdə 2019-cu ili teleradio yayımı sahəsində inkişaf ili kimi dəyərləndirməyə imkan verir”.

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, xüsusilə də yayımçıların proqram səbətlərində maarifləndirici layihələrin, geniş spektrli aktual ictimai-siyasi mövzulara həsr olunmuş verilişlərin, publisistik layihələrin, tok-şouların artımı özünü göstərib.

Şöbə müdirinin sözlərinə görə, bu isə milli teleradio proqramlarına yerli tamaşaçının marağının artması ilə nəticələnib. 

“Həmçinin müşahidələr onu göstərir ki, maarifləndirici layihələrin, tok-şouların artması bir növ, şou-biznes layihələrini, əyləncəli verilişləri kölgədə qoyub. Teleradio yayımı sahəsində müsbət mənzərənin formalaşmasında dövlət büdcəsindən maliyyələşən yayımçılarla yanaşı, özəl yayımçıların da mühüm rolu vardır. Belə ki, özəl telekanalların efirində yayımlanan  “Yol əhvalatı”, “Əsgər”,  “Marş irəli”, “Yadındamı”, “Rezonans”, “İnam”, “Mövqe”, “Panoram”, “Sirdaş” və s. kimi maarifləndirici veriliş və tok-şoular geniş tamaşaçı marağına səbəb olub. Bundan başqa, Real TV və ARB24 kimi tematik yayım həyata keçirən kanalların fəaliyyəti də müsbət mənada seçilib. Bütün bunlarla yanaşı, il ərzində teleradio yayımı haqqında qanunvericiliyin pozulması halları da az olmayıb. Yayımçılar daha çox reklam və sponsorluqla bağlı tələbləri pozublar. Bəzi hallarda isə qanunvericiliyin milli-mənəvi dəyərlərlə bağlı tələblərinin pozulması halları da müşahidə edilib”, – deyə T. Dadaşov vurğulayıb.