XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 December 2019 - 14:04

ABŞ və Koreya vətəndaşlarına verilən viza ilə bağlı yeni qərar- Nazirlər Kabineti

Nazirlər Kabineti “Azərbaycan Respublikasına səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin Siyahısı”nı təsdiq edib.

APA-nın məlumatına görə, siyahıda Amerika Birləşmiş Ştatları və Koreya Respublikası yer alıb.

Siyahıda nəzərdə tutulan ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği “Dövlət rüsumu haqqında” qanun ilə eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduğundan “Dövlət rüsumu haqqında” qanunun 17.6-1-ci maddəsinə uyğun olaraq dövlət rüsumunun dərəcəsi həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən edilib.