XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2019 - 14:41

“Azərbaycandan Türkiyəyə gələn turistlərin sayı 1 milyona çatır”- Türkiyə Hotelçilər Birliyi

Türkiyə Hotelçilər Birliyi (TÜROB) hər il Azərbaycandan Türkiyəyə gələn turistlərin sayı təxminən 800 min nəfər təşkil etdiyini açıqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, TÜROB-dan verilən məlumatda iki ölkə arasındakı turist sayının yaxın gələcəkdə artırılmasının mümkünlüyü bildirilib.

TÜROB sədri Müberra Eresin deyib ki, Azərbaycan Türkiyəni turizmlə bağlı ən çox seçən ölkələr siyahısına daxil olmaqla “bir millət, iki dövlət” prinsipinə bir daha sadiq qaldığını sübut edir.

Turizm bazarını qarşılıqlı olaraq inkişaf etdirmənin vacibliyini vurğulayan TÜROB sədri Türkiyədən hər il Azərbaycana 300 minədək turistin səfər etdiyini qeyd edib: “Bizdə olan rəqəmlərə görə, 10 milyon əhalisi olan Azərbaycandan, ildə 5,8 milyonu ölkə xaricinə çıxır, bunun 800 minə qədəri Türkiyəyə gələn turistlərdir. Qardaş Azərbaycanla turizm sahəsindəki əməkdaşlığı və qarşılıqlı olaraq təbliğat fəaliyyətini daha da artırmaqla bu rəqəmi hər iki tərəf üçün qısa zamanda ikiqat artıra bilərik”.

Qeyd edək ki, Azərbaycan  Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1% artaraq 5,095 mln. nəfər olub, bunun da 11,5%-i və ya 585 925 nəfəri Türkiyənin payına düşüb.