XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

25 Dekabr 2019 - 17:55

Suriyada valideynlərini itirmiş azərbaycanlı uşaqlar… –UNİSEF məsələni nəzarətə götürüb

UNİSEF Suriyada hər iki valideynini itirmiş azərbaycanlı uşaqlarla bağlı məsələni nəzarətə götürüb.

Bu barədə UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (OmbudsmanSəbinə Əliyeva ilə görüşündə deyib.

Ombudsman Səbinə Əliyeva hər iki valideynini itirmiş azərbaycanlı uşaqların Suriyada məhrumiyyətlərlə üzləşərək çətin vəziyyətdə qaldıqlarını, onların pozulmuş hüquqlarının bərpasının və qısa müddət ərzində öz ölkələrinə gətirilməsinin vacibliyini, bu məsələdə UNİSEF-in dəstək göstərməsinin əhəmiyyətli olacağını E.Karvardinin diqqətinə çatdırıb.

E.Karvardin isə qurumun bu məsələni nəzarətə götürərək bəhs olunan ölkədəki nümayəndəliyə məlumat verəcəyini, təşkilatın öz imkanlarını səfərbər edərək yardımçı olacağını bildirib/Report.