XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

25 Dekabr 2019 - 22:31

Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri- Ankarada müzakirə olunub

Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri diqqət mərkəzindədir.

Bu fikirlər Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin Türkiyəyə səfəri ilə əlaqədar nazirliyin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, səfər çərçivəsində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər, eyni zamanda, Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər. Söhbət zamanı üçtərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

İ.Qaribaşvili Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını bildirib. O, Türkiyə tərəfinə Gürcüstanda müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

Bildirilib ki, Türkiyə hökuməti Gürcüstanın Müdafiə Nazirliyinə 100 milyon türk lirəsi (təqribən 17 milyon dollar) məbləğində qrant ayırıb. İrakli Qaribaşvili və Hulusi Akar bununla bağlı saziş imzalayıblar.

Sənədə əsasən, vəsait Gürcüstanın müdafiə sahəsində maddi-texniki bazasının gücləndirilməsinə sərf olunacaq.

Səfər çərçivəsində Gürcüstanın Müdafiə naziri və nümayəndə heyətinin üzvləri Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarı ziyarət ediblər(azərtac).