XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

25 Dekabr 2019 - 23:53

Bayram günü bu avtobuslar sutka ərzində fəaliyyət göstərəcək

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 501, 502, 503, 525, 533, 553, 592, 596 saylı marşrut xətləri üzrə hər xəttə uyğun əlavə bir avtobus səhərə qədər sərnişinlərin xidmətində olacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətidən bildirilib ki, dekabrın 25-dən respublikanın 56 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi elan edilib. Ötən il Yeni il bayramı ərəfəsində respublika üzrə 54 min 542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlara səfər edənlərin daha çox olması səbəbindən ən çox sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə olunub.

Bu ildən gecə reysləri xətlərə əlavə olunduğu və 3 avtovağzaldan Cocuq Mərcanlı istiqamətində avtobuslar hərəkət etdiyi üçün bayram ərəfəsində sıxlığın daha çox olacağı ehtimalı var. Sərnişinlərə biletləri bir neçə gün öncədən kassalardan əldə etmələri tövsiyə edilir. Region avtovağzallarından ən çox sıxlığın Gəncə, Mingəçevir, Şirvan, Şəki və Lənkəranda müşahidə ediləcəyi ehtimal olunur. Ehtiyat avtobuslar dekabrın 25-dən yanvarın 2-dək Bakı Beynəlxalq Avtovağzal Kompleksinə, bayramın son günlərində region avtovağzal və avtostansiyalarına təqdim ediləcək.

Sərnişinlərdən xahiş olunur ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə (012) 566-52-58 “qaynar xətti”nə zəng edərək məlumat versinlər(azərtac).