XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 December 2019 - 09:29

Parlament seçkiləri:səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin DSK-lara verilməsi başa çatıb

Növbədənkənar parlament seçkilərində səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına verilməsi başa çatıb.

“Report” xəbər verir ki, “Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, bu prosedur səsvermə gününə azı 45 gün qalanadək yekunlaşdırılmalı idi.

Planda nəzərdə tutulan müddət dekabrın 26-da başa çatıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.