Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa Prezident İlham Əliyevə doğum günü ilə bağlı təbrik məktubu göndərib.
Strateq.az xəbər verir ki, məktubda deyilir:
Hörmətli cənab Prezident.
Sizi – Azərbaycanın müdrik və uzaqgörən liderini doğum günü münasibətilə təbrik edirəm. Sizin rəhbərliyinizlə Azərbaycan dünyada layiqli yerini tutaraq söz sahibinə çevrilmişdir. Eyni zamanda, Sizi planetin gələcəyi naminə beynəlxalq müzakirələrin aparıldığı platforma kimi tanınan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin diqqətəlayiq uğurları münasibəti ilə təbrik etmək istəyirəm.
Zati-aliləri, qarşıdan gələn illərdə Sizə daha böyük uğurlar və möhkəm cansağlığı arzulayıram”.