XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 December 2019 - 22:19

Sabah Xırdalanda qaz olmayacaq –"Azəriqaz"dan xəbərdarlıq

Dekabrın 27-də səhər saatlarından etibarən Xırdalan şəhərinin bir hissəsində qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən Strateq.az-a verilən məlumata görə, Xırdalan şəhərinin H.Əliyev prospekti, H.Z.Tağıyev və S.Bəhlulzadə küçələrində genişmiqyaslı abadlıq işləri aparılır: “Bu işlərin gedişatına şərait yaradılması, eləcə də ərazidəki qaz kəmərlərinin təhlükəsizliyi üçün qaz təminatında müvəqqəti fasilələrə zərurət yaranıb. Abadlıqla məşğul olan təşkilatların işləri yekunlaşdığı andan abonentlərin qaz təchizatı dərhal bərpa olunacaq”.