XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2019 - 13:17

“Son 20 ildə qanda laxtalanma pozğunluğu olan xəstələrin sayı 2 dəfə artıb” –Assosiasiya sədri

“Ölkəmizdə hemofiliyalı və digər laxtalanma pozğunluğu olan pasientlərin sayı 1600 nəfərdən çoxdur”.

Bu sözləri Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova deyib.

Sədr bildirib ki, son 20 il ərzində qanda laxtalanma pozğunluğu olan xəstələrin sayı 2 dəfə artıb: “Beynəlxalq standartlara görə, hemofiliyalı xəstələr üçün faktor konsentratlarının minimal tələbatı 40 milyon beynəlxalq vahid təşkil etsə də, Azərbaycanda bu rəqəm bunun yarısına bərabərdir. Bu da xəstələrimizin keyfiyyətsiz müalicəsini sübut edir. 57 nəfər 5-15 yaş arası şəxs kifayət qədər dərman preparatlarının olmaması nəticəsində erkən əlilliklə üzləşib”. (apa)