XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 December 2019 - 18:38

17 min ədədə yaxın partlayıcı oyuncaq və pirotexniki məmulat aşkarlanıb –DİN

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir. 

DİN-dən verilən xəbərə görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Yeni il ərəfəsində əhalinin ciddi narazılığına səbəb olan, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə dekabrın 16-dan 25-dək paytaxtın Qaradağ, Nəsimi, Sabunçu, Xəzər və Abşeron rayonları ərazilərində tədbirlər keçirilib. Nəticədə ayrı-ayrı fiziki və hüquqi şəxslərdən ümumilikdə 17 min ədədə yaxın yüksək səsyayıcı qabiliyyətinə  malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.