XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

27 Dekabr 2019 - 19:53

“Formula 1”:“Ferrari”nin 2020-ci il üçün ilkin görüntüsü dərc olunub

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Ferrari” komandasının bolidinin 2020-ci ildəki ilkin görüntüsü dərc olunub.

“La Gazzetta dello Sport” xəbər verir ki, bu bolidin qaralama versiyasıdır.

Yeni boliddə əvvəlkinə nisbətən dəyişikliklər olub. Bu konfiqurasiyada ön hissədə üçüncü hidravlik element meydana çıxıb. Bolidin ön qanadı bir az daha yüksək olub.

Yeni dizaynda silindr başlarından da istifadə ediləcəyi vurğulanıb. Yanma kameraları, ERS konfiqurasiyası və proqram təminatı da dəyişdiriləcək.

Qeyd edək ki, “Ferrari”nin yeni bolidinin rəsmi təqdimatı fevralın 11-nə planlaşdırılıb. Bu komanda “Formula 1” üzrə dünya çempionatında Konstruktorlar Kubokunun qalibi olub. (Report)