XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2019 - 15:49

AMEA-da I vitse-prezidentlərə və vitse-prezidentlərə köməkçi ştatları ayrılacaq

“Bundan sonra AMEA-nın I vitse-prezidentləri və vitse-prezidentlərinə köməkçi ştatları da ayrılacaq”.

“Report” xəbər verir ki, bunu AMEA-nın I vitse-prezidenti İsa Həbibbəyli Akademiyanın Ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, akademiyanın yeni Nizamnaməsində bununla bağlı tənzimləyici müddəalar öz əksini tapıb.

İsa Həbibbəyli qeyd edib ki, vitse-prezidentlər Akademiyanın bölmələrinin sədrləri olacaqlar

O həmçinin əlavə edib ki, AMEA-nın yeni Nizamnaməsi Akademiyada sahibkarlıq və innovasiya fəaliyyətin genişlənməsinə imkan yaradacaq:

“Bu eyni zamanda Akademiyanın bundan sonrakı fəaliyyətini də stimullaşdırmaq imkanlarına malikdir. Artıq bir neçə ildir ki, AMEA Rəyasət Heyətinin vəsatəti əsasında, ölkə Prezidentinin razılığı və Nazirlər Kabinetinin qərarı ilə Akademiyada yeni qurumlar yaradılır. Amma bu məsələlər hüquqi cəhətdən əvvəlki Nizamnamədə öz əksini tapmayıb. Yeni Nizamnamədə elmi müəssisələrin, mərkəzlərin, sosial xidmət və xidmət mərkəzlərinin sahələrinin yaradılması və fəaliyyətlərinin stimullaşdırılması, ləğvi ilə bağlı müddəalar öz əksini tapıb”.

İ.Həbibbəyli qeyd edib ki, Nizamnamədə Akademiyanın elmi bölmələrinin idarə olunmasına yeni baxış öz əksini tapıb: “Elmi bölmələr həm akademik katiblər, həm də həmin bölməyə kuratorluq edən vitse-prezidentlər tərəfindən idarə olunurdu. Akademiya Nizamnaməsinə dəyişiklik etməklə bölmələrə rəhbərlik həmin bölmələrə kuratorluq edən vitse-prezidentlərə həvalə edilib”.